Fərhan Əliyev

Fərhan Əliyev Çingiz oğlu 5 aprel 1975-ci ildə Bakı şəhərində anadan olub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr dərəcəsinə yiyələnib. 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramını fərqlənmə diplomu ilə bitirib. 1995–2008-ci illərdə müxtəlif yerli və xarici şirkətlərdə təchizat, logistika və marketinq sahələrində çalışıb. 2008–2016-cı illərdə “bp Azərbaycan” […]
Pərviz İbadullayev

Pərviz İbadullayev Ramiz oğlu 3 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İnformasiya ölçmə texnikası” ixtisası üzrə axşam şöbəsinə qəbul olunub, 1997-ci ildə mühəndis-elektrik ixtisası üzrə ali təhsilini başa vurub. Əmək fəaliyyətinə 1989-cu ildə “Leninneft” Neft və Qazçıxarma İdarəsində elektrik vəzifəsində başlayıb. 4 mart 1997-ci il tarixindən Qum Adası […]
Eldar Qaziyev

Eldar Qaziyev Elman oğlu 10 avqust 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 1994–2000-ci illərdə Ankarada yerləşən Orta Şərq Texniki Universitetinin (ODTÜ) İqtisadiyyat və İdarəetmə elmləri fakültəsində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2000–2002-ci illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsində Mühəndislik iqtisadiyyatı ixtisası üzrə magistr dərəcəsi alıb. 2001–2008-ci illərdə “bp Azərbaycan” şirkətində əməliyyatların inkişafı, […]
Cahangir Səfərov

Cahangir Səfərov İbrahim oğlu 10 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Universitetinin İnzibati idarəetmə fakültəsini bakalavr dərəcəsi üzrə uğurla bitirib. 2007–2008-ci illərdə Almaniyada Mühəndislik və İqtisad Universitetində təhsil alaraq İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2009–2012-ci illərdə Lixtenşteyn Universitetində bank işi və maliyyə menecmenti sahəsi üzrə təhsilini davam etdirib. […]