Keyfiyyətə nəzarət
“SOCAR Midstream Operations” MMC müştərilərinin və tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün yüksək keyfiyyətli xidmətlər göstərməyə sadiqdir. Şirkətin keyfiyyət yanaşması davamlı inkişaf və dayanıqlılıq prinsiplərinə əsaslanır.
“SOCAR Midstream Operations” MMC-nin keyfiyyət siyasəti ilə burada tanış olmaq olar.
“SOCAR Midstream Operations” MMC-nin keyfiyyətə əminlik və keyfiyyətə nəzarət sahəsində idarəetmə ISO 9001 beynəlxalq standartının tələblərinə uyğun qurulub və standartın müddəalarını özündə əks etdirir.
Şirkət ilk dəfə ISO 9001 sertifikatını 2013-cü ildə əldə edib və o vaxtdan etibarən əməliyyat səmərəliliyi və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi vasitəsilə uyğunluğu qoruyub saxlayır.
“SOCAR Midstream Operations” MMC-nin ISO 9001 sertifikatı ilə burada tanış olmaq olar.