Missiya və dəyərlər

Missiyamız

Xəzər regionundan dünyaya karbohidrogenlərin təhlükəsiz və etibarlı nəqlini təmin etmək.

Baxışımız

Enerji təhlükəsizliyinə və uzunmüddətli rifaha töhfə verən, dünyanın ən etibarlı və dayanıqlı enerji nəqliyyatı dəhlizi olmaq.

Dəyərlərimiz

Təhlükəsizlik – Hər bir fəaliyyətimizdə əməkdaşlarımızın, cəmiyyətin, ətraf mühitin və gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi ən vacib öncəliyimizdir.

Vahid komanda – Ortaq hədəf və məqsədlərə çatmaq üçün şirkət daxilində bütün səviyyələrdə, həmçinin tərəfdaşlarımızla qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında vahid komanda olaraq ruh yüksəkliyi ilə çalışırıq.

Hesabatlılıq – Fəaliyyətlərimizin miqyasını və təsir gücünü dərindən dərk edir, korporativ missiya, vizyon və strategiyamızın həyata keçirilməsi istiqamətində atdığımız hər addımın uğurla nəticələnməsi üçün məsuliyyət daşıyırıq.

Davamlı təkmilləşdirmə – Gözləntiləri aşaraq və qüsursuz nəticələr əldə etmək məqsədi ilə daima ən yaxşı təcrübələri öyrənir, paylaşır və tətbiq edirik.

Qayğı – Cəmiyyətə, ətraf mühitə və əməkdaşlarımıza həssaslıq və qayğı ilə yanaşırıq.