1 iyul 2026-cı il tarixindən etibarən “SOCAR Midstream Operations” MMC (SMO) Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin meneceri, eləcə də BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə ümumi fəaliyyətlərin vahid operatorudur.
BTC Boru Kəməri Şirkəti (BTC Co) neftin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə beynəlxalq bazarlara nəqlini təmin edən BTC sisteminin sahibidir. İdarəetmə Xidmətləri Sazişinə (MSA) əsasən, BTC Co BTC sisteminin istismarını, eləcə də biznesin idarə edilməsi və inzibati məsələlərlə bağlı müəyyən funksiyaları menecer qismində SMO-ya həvalə edir.
BTC–CQBK Əməkdaşlıq Sazişinə əsasən, SMO vahid operator qismində BTC Co və CQBK-nın sahibi olan Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (SCPC) adından və onların maraqları naminə ümumi fəaliyyətləri həyata keçirir.
MSA-ya uyğun olaraq, SMO Səngəçal terminalında yerləşən obyektlər istisna olmaqla, Azərbaycandakı BTC obyektlərini, həmçinin Gürcüstandakı bütün BTC obyektlərini idarə edir. “BOTAŞ International Limited” (BIL) SMO adından Türkiyədəki BTC obyektlərini, o cümlədən Ceyhan terminalını idarə edir. SMO Türkiyədə BTC-nin idarə edilməsi üzrə nəzarət və təminat funksiyalarını həyata keçirir.
BTC-nin ümumi uzunluğu 1768 km-dir: bunun 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir.
