“SOCAR Midstream Operations” MMC-nin (SMO) əsas məqsədi neftin nəqli sahəsində SOCAR-ın vahid siyasətinin icrasını təmin etmək və bu sahədə əməliyyatların idarə edilməsini təşkil etməkdir. SMO neft boru kəmərlərinin idarə edilməsini, Azərbaycanın daxilində və xaricində neftin nəqlini və saxlanılmasını, eləcə də digər müvafiq layihələrin həyata keçirilməsini təmin edir.
24 iyul 2014-cü il tarixində dövlət qeydiyyatına alınan SMO, 2015-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) kommersiya operatoru, 2020-ci ildə isə texniki operatoru olub.
2023-cü ilin mart ayında SMO-nun idarəçiliyi altında Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Qazaxıstan neftinin tranzitinə start verilib.
SOCAR prezidentinin 4 avqust 2023-cü il tarixli əmri ilə SOCAR-ın yeni korporativ strukturu və icra orqanlarının üzvləri arasında vəzifə bölgüsü müəyyən edilib. SOCAR-ın İnteqrə Edilmiş Planlaşdırma, Optimizasiya və Logistika (İPOL) və İnteqrə Edilmiş Qaz seqmentləri arasında funksional bölgü razılaşdırılıb. Buna uyğun olaraq, 1 aprel 2025-ci il tarixində SMO-nun tərkibindən “SOCAR Midstream Gas Operations” MMC-nin (SMGO) ayrılması nəticəsində SMO yenidən təşkil edilib. İPOL seqmentinin tərkibində qalan SMO-ya neft boru kəmərləri və aidiyyəti təsisatlarda SOCAR-ın strateji səhmdar hüquq və maraqlarını təmsil etmək səlahiyyəti verilib.
SMO 8 iyun 2026-cı il tarixində Qərb İxrac Boru Kəmərinin (QİBK) operatoru, 1 iyul 2026-cı il tarixində isə BTC-nin meneceri və BTC/CQBK-yə aid ümumi fəaliyyətlər üzrə vahid operator olub.