Cahangir Səfərov

Baş kommersiya və maliyyə direktoru

Cahangir Səfərov İbrahim oğlu 10 mart 1986-cı ildə Bakı şəhərində anadan olub.

2006-cı ildə Azərbaycan Dövlət Universitetinin İnzibati idarəetmə fakültəsini bakalavr dərəcəsi üzrə uğurla bitirib. 2007–2008-ci illərdə Almaniyada Mühəndislik və İqtisad Universitetində təhsil alaraq İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib. 2009–2012-ci illərdə Lixtenşteyn Universitetində bank işi və maliyyə menecmenti sahəsi üzrə təhsilini davam etdirib. Eyni zamanda 2010–2011-ci illərdə Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin maliyyə ixtisası üzrə tələbə mübadilə proqramını uğurla başa vurub.

Əmək fəaliyyətinə 2011-ci ildə neft-qaz sektorunda başlayıb. 2015-2021-ci illərdə “EY Azərbaycan” şirkətinin Biznes qiymətləndirilməsi, strategiya və əməliyyatlar departamentinin menecer analitiki vəzifəsində çalışıb. 2020-2021-ci illərdə Avstriyanın Vyana şəhərində “PWC” şırkətində Biznes qiymətləndirilməsi və iqtisadiyyatı departamentinin meneceri vəzifəsində çalışıb.

2021-2025-ci illədə Azerbaycan İnvestisiya Holdinqində Maliyyə və korporativ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-2025-ci illərdə “Təmiz şəhər” ASC-də Strategiya və investisiya komitəsinin üzvü olub. 2022-2025-ci illərdə “SOCAR Downstream” şirkətində Müşahidə şurasının üzvü olub.

2025-ci il mart ayında “SOCAR Midstream Operations” MMC-nin Baş kommersiya və maliyyə direktoru vəzəfəsinə təyin edilib.