Pərviz İbadullayev

İcraçı direktorun müavini

Pərviz İbadullayev Ramiz oğlu 3 may 1972-ci ildə Bakı şəhərində anadan olub.

1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İnformasiya ölçmə texnikası” ixtisası üzrə axşam şöbəsinə qəbul olunub, 1997-ci ildə mühəndis-elektrik ixtisası üzrə ali təhsilini başa vurub.

Əmək fəaliyyətinə 1989-cu ildə “Leninneft” Neft və Qazçıxarma İdarəsində elektrik vəzifəsində başlayıb. 4 mart 1997-ci il tarixindən Qum Adası Neft və Qazçıxarma İdarəsində mühəndis vəzifəsində çalışıb.

1997-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayınadək “BP Azərbaycan” şirkətində texnik, mühəndis, baş mühəndis və məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

9 iyun 2021-ci il tarixindən 15 avqust 2023-cü il tarixinədək SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müdir müavini vəzifəsində işləyib.  

15 avqust 2023-cü ildən etibarən “SOCAR Midstream Operations” MMC-də icraçı direktorun müavini vəzifəsində çalışır. Eyni zamanda 2025-ci ildən SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsini icra edir.