SOCAR Midstream Qərb İxrac Boru Kəməri və Supsa terminalının operatoru olub

8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı “SOCAR Midstream Operations” MMC-nin operatorluğuna keçib.

Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti “SOCAR Midstream” tərəfindən qəbul edilib.

Operatorluğun ilk günündə Supsa terminalında kollektiv qarşısında çıxış edən “SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru Fərhan Əliyev əməliyyatların fasiləsiz və etibarlı şəkildə davam etdirilməsinin, mövcud əməliyyat standartlarının qorunmasının və peşəkar komandanın təcrübəsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.