Rövşən Nəcəf

Rövşən Nəcəf Çingiz oğlu 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə ARDNŞ-nin təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə […]

Anar Məmmədov

Məmmədov Anar Fərrux oğlu 26 yanvar 1971-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 1994-cü ildə buradan məzun olduqdan sonra, eyni ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 1998-ci ildə həmin fakültəni bitirib. 2000-2001-ci illərdə “College of Petroleum Studies” (Oksford) təhsil müəssisəsində neftin təchizatı, logistikası və […]

Arzu Cavadova

Cavadova Arzu Sahib qızı 24.08.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirmişdir. Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini almışdır. 50-dən artıq elmi məqalə və kristalların hidrotermal şəraitdə yetişdirilməsi mövzusuna dair Moskva Dövlət Kristalloqrafiya İnstitutundan alınmış 2 elmi ixtiranın müəllifidir. Əmək […]

Babək Hüseynov

Hüseynov Babək Elbəniz oğlu 24 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini bitirib. 2003-2005-ci illərdə ABŞ-da “McNeese State” Universitetində Biznesin idarə edilməsi üzrə magistr səviyyəsini fərqlənmə ilə bitirib və təhsil aldığı müddətdə təqaüdə layiq görülüb. 2010-2013-cü illərdə ABŞ-da Kolumbia […]

Elşad Nəsirov

Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləyib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1992-1995-ci illər ərzində […]

Əfqan İsayev

İsayev Əfqan Elçin oğlu 03.11.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1996-cı illərdə ABŞ-ın “Rutgers” Universitetində Maliyyə və İqtisad ixtisası üzrə təhsil almış və bakalavr dərəcəsini ən yüksək fəxri diplom ilə bitirmişdir. 1998-ci ildə həmin universitetin Biznesin İdarə Edilməsi üzrə maqistr dərəcəsini (MBA) fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 1997-ci ildə “Rutgers” Universitetində kiçik biznesə yardım texniki […]

Fuad Musayev

Musayev Fuad Bəkir oğlu 28 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültəsinə daxil olub, 1998-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası təhsilini tamamlayıb. Əmək fəaliyyətinə 1998-ci ildə Hollandiya hökuməti tərəfindən Tovuz rayonunda həyata keçirilən kənd təsərrüfatı layihəsində layihə koordinatoru vəzifəsində başlayıb. 1999-2000-ci illərdə “Qaradağ […]

İsmayıl Zərgərli

Zərgərli İsmayıl Fikrət oğlu 18 dekabr 1976-ci ildə Moskva şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olaraq, 1997-ci ildə həmin fakültənin hüquqşünas/tərçüməçi-referent ixtisasını fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildən “Dr.Shirin O.Entezari and Associates” hüquq firmasında hüquqşünas vəzifəsində başlayıb. 2001-2002-ci illərdə İngiltərənin “Ledingham Chalmers” hüquq firmasının Bakı […]

Kənan Nəcəfov

Nəcəfov Kənan Təhməz oğlu 1975-ci ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində “beynəlxalq hüquq” ixtisası üzrə bakalavr, 1999-cu ildə ABŞ-da Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində “beynəlxalq biznes hüququ” üzrə magistr, 2003-cü ildə isə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı üzrə magistr dərəcələrini qazanıb. Əmək fəaliyyətinə 1996-cı ildə […]

Zaur Qurbanov

Qurbanov Zaur Aydın oğlu 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 2000-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib və ölkədən kənarda sülhməramlı missiyalarda iştirak edib. 2010-cu ildə Odlar Yurdu Universitetini “biznesin təşkili və idarəolunması” ixtisası üzrə bakalavr, 2012-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası magistr dərəcəsi üzrə başa vurub. 2005- 2010-cu illərdə müxtəlif […]

Ziba Mustafayeva

Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib. 1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində […]