Mikayıl Cabbarov

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb. 1999-cu […]

Anar Axundov

Anar Ədalət oğlu Axundov 1975-ci il iyunun 15-də Naxçıvan şəhərində anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib. 1994-1996-cı illərdə “Elif” kommersiya bankında, 1996-1997-ci illərdə isə Bakı Banklararası Valyuta Birjasında iqtisadçı, 1997-1998-ci illərdə “Arkobank” səhmdar bankında şöbə rəisi vəzifələrində çalışıb. 1999-2004-cü […]

Anar Kərimov

1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və […]

Emin Hüseynov

Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini “beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya […]

Elnur Soltanov

Elnur Zabit oğlu Soltanov 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. 1995-2003-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Tədqiqatlar Mərkəzində tədqiqatçı işləyib. 2003-2009-cu illərdə ABŞ-ın Texas Tek Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2004-2009-cu illərdə […]

İsrafil Məmmədov

İsrafil Aydın oğlu Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. 2017-ci ildə ABŞ-ın Stanford Universitetinin Biznes məktəbində, eləcə də ABŞ-ın Yeуl Universitetinin İdarəetmə məktəbində, 2018-ci ildə ABŞ-ın Harvard Universitetinin Biznes Məktəbində İdarəetmə üzrə ixtisaslaşma proqramlarında iştirak edib. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici […]

Ruslan Əlixanov

Ruslan Şərafəddin oğlu Əlixanov 1976-cı il iyulun 9-da Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib. 1995-1996-cı illərdə ABŞ-ın Missuri-Sent-Luis Universitetini, 2000-2002-ci illərdə isə Texas Universitetini “maliyyə” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1998-2000-ci illərdə Dünya Bankında Xəzər dəniz regionunda energetika, kənd təsərrüfatı və […]