Tranzit edilən Qazaxıstan neftinin həcmi 3 milyon tona çatıb

Azərbaycan vasitəsilə tranzit edilən Qazaxıstan xam neftinin həcmi 3 milyon tona çatıb.

3 milyonuncu tonu daşıyan “Aktau” tankeri mayın 12-də Aktau limanından yola düşüb və mayın 13-də Azərtrans Səngəçal terminalına çatıb.

“Tengiz” yatağından hasil edilən neftin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Bakıya gətirilib.

Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.