“SOCAR Midstream Operations” MMC yenidən təşkil edilib

SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası və Hədəf Əməliyyat Modeli çərçivəsində neft və qaz layihələrinin daha səmərəli şəkildə idarə edilməsi məqsədilə “SOCAR Midstream Operations” MMC yenidən təşkil edilib.

“SOCAR Midstream Operations” MMC adını saxlamaqla neft nəqli infrastrukturunun və layihələrinin idarə edilməsini həyata keçirəcək. Yeni təsis edilən “SOCAR Midstream Gas Operations” MMC isə qaz nəqli infrastrukturu və layihələrinə cavabdeh olacaq.

Biz “SOCAR Midstream Gas Operations” MMC-nin rəhbərliyini və kollektivini ürəkdən təbrik edir, fəaliyyətlərində böyük uğurlar arzu edirik!