SOCAR Midstream növbəti ağacəkmə aksiyasını keçirib

“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında növbəti ağacəkmə aksiyası keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunan tədbir çərçivəsində Bakı–Şamaxı yolunun kənarındakı xüsusi ayrılmış yaşıllıq zonasında 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Tinglərin dayanıqlı su təminatını təmin etmək məqsədilə ərazidə damcı-suvarma sistemi də quraşdırılıb.