
“SOCAR Midstream Operations” MMC Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə Buzovna qəsəbəsində yerləşən çimərlikdə təmizlik aksiyası keçirib.
“Xəzər həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan aksiya çimərlik mövsümünün başa çatması ilə əlaqədar təşkil olunub.
Təmizlik aksiyası zamanı “SOCAR Midstream Operations” MMC əməkdaşları və ailə üzvləri tərəfindən 700 kq-dan çox zibil toplanılaraq, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavoduna təhvil verilib.
Tədbirin məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsi və Xəzər dənizinin ətraf mühitinin qorunmasına cəlb etmək, o cümlədən Azərbaycanda ekoloji maarifləndirmə işini təşviq etməkdir.