LAYİHƏ TƏKLİFLƏRİ ÜÇÜN ÇAĞIRIŞ
NƏZƏRDƏ TUTULUR: Pediatriya, Mikrobiologiya, Farmakologiya, İmmunologiya və Onkologiya sahəsində akademik kitabların azərbaycan dilinə tərcümə edilməsi
Təkliflər ən geci 03 avqust 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Ümumi məlumat
“SOCAR Midstream Operations” MMC (SOCAR Midstream), onun tərəfdaşları və maraqlı tərəfləri Pediatriya, Mikrobiologiya, Farmakologiya, İmmunologiya və Onkologiya sahəsində kitabların tərcümə edilməsi üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Bu təşəbbüs SOCAR Midstream-in Sosial sərmayələr proqramının bir hissəsidir və aşağıdakı məqsədləri daşıyır:
- Fərqli təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir ədəbiyyatdan istifadəsinin təmin edilməsi;
- İştirakçıların bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi;
- Sosial sərmayə təşəbbüsləri çərçivəsində uzunmüddətli sosial, mədəni və iqtisadi inkişafın təşviq edilməsi;
- Müxtəlif prioritet istiqamətlər üzrə əhəmiyyətli və davamlı təşəbbüslərin həyata keçirilməsini təmin edilməsi.
Hədəf qrupu
Fərqli təhsil müəssisələrində təhsil alan tələbələr, müəllimlər və əlaqədar sahələrdə araşdırma aparan elmi heyət layihənin əsas hədəf qrupudur.
Xidmətlər
Əlaqədar sahədə geniş təcrübə və biliklərə malik olan dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərdən gələn ərizələrin qəbulunu elan edirik. Layihə hədəflərinə çatmaq üçün seçilmiş təşkilatın aşağıdakı xidmətləri göstərməsi gözlənilir:
- İşçi heyətinin formalaşdırılması;
- Qeyd edilən sahədə fərqli elm-tədris ocaqlarında layihədən təsirlənəcək potensial qrupların maraq və ehtiyaclarının araşdırılması;
- Uyğun kitabların seçilməsi və seçilmiş kitabların müəlliflərindən və nəşriyyat şirkətlərindən icazənin alınması;
- Kitabların tərcüməsi, redaktəsi və mətnin yoxlanılması işlərinin (proofreading) aparılması;
Layihənin müddəti
Başlanğıc: sentyabr, 2026-cı il
Təkliflərin təqdim edilməsi üzrə təlimat
Maraqlı təşkilatlar aşağıdakı məlumatları təqdim etməlidir:
- Layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərin müddəti;
- Ərizəçi tərəfindən daha əvvəl icra edilmiş oxşar layihə və ya fəaliyyətlərin qısa təsviri;
- Layihə komandası və cəlb olunacaq mütəxəssislərin tərcümeyi-halları və ya qısa profilləri;
- Layihə fəaliyyətlərinin icrası və uzunmüddətli dayanıqlılığının təmin olunmasına dair yanaşma və onun əsaslandırılması;
- Təklif edilən məhsul və xidmətlərin adı, növü və hər biri üzrə detallı xərc məlumatı;
- Layihə ilə bağlı digər əlaqədar xərclər;
- Məntiqi çərçivə matriksi;
- Monitorinq və qiymətləndirmə planı, o cümlədən müvafiq keyfiyyət və kəmiyyət indikatorları;
- Potensial risklər və onların azaldılması üzrə strategiyalar;
- Maraqlı tərəflərin təhlili;
- Layihənin aylıq əsasda hazırlanmış detallı icra planı.
Texniki təklif
Texniki təklifin tərkib hissəsi olaraq, hər bir İddiaçı sınaq tərcüməsini təqdim etməklə özünün tam tərcümə metodologiyasını nümayiş etdirməlidir. Sınaq tərcüməsinin məqsədi yalnız yekun tərcümə edilmiş mətnin keyfiyyətini qiymətləndirmək deyil, həm də İddiaçının tərcümə iş axınını, süni intellektdən (Sİ) istifadəsini, keyfiyyət təminatı metodologiyasını, elmi ekspertiza prosesini və ümumi səmərəliliyini qiymətləndirməkdir. Sifarişçi təklif olunan iş axınının hər mərhələsində tərcümənin necə təkmilləşdirildiyini qiymətləndirməyi nəzərdə tutur.
1. Sınaq tərcüməsi
Hər bir İddiaçı təklif olunan tibbi dərsliklərdən birindən ardıcıl on (10) səhifədən ibarət sınaq tərcüməsini təqdim etməlidir. Həmin on (10) səhifə İddiaçının təklif etdiyi tərcümə prosesinin hər mərhələsində təqdim edilməlidir. Hər mərhələ ayrıca sənəd şəklində təqdim edilməli və tərcümənin ilkin Sİ tərəfindən yaradılmış versiyasından nəşrə hazır son versiyaya qədər keçdiyi inkişaf mərhələlərini göstərməlidir.
2. Tələb olunan versiyalar
Təqdim olunan sənədlər ən azı aşağıdakı versiyaları əhatə etməlidir:
Versiya I – ilkin süni intellekt tərcüməsi
Süni intellekt və ya digər maşın dəstəkli tərcümə texnologiyası vasitəsilə yaradılmış ilkin tərcümə. Bu mərhələdə heç bir insan redaktəsi aparılmamalıdır.
İddiaçı aşağıdakıları göstərməlidir:
- istifadə olunmuş Sİ modeli(ləri) və ya proqram təminatı;
- istifadə olunmuş sorğular (prompts) və ya metodologiyanın qısa təsviri;
- tələb olunan təxmini vaxt;
- müəyyən edilmiş məhdudiyyətlər.
Versiya II – Peşəkar tərcüməçinin yoxlaması
Peşəkar tərcüməçi tərəfindən yoxlanıldıqdan sonrakı tərcümə versiyası.
Versiya I ilə müqayisədə edilmiş bütün dəyişikliklər Microsoft Word-un Track Changes funksiyası və ya digər şəffaf redaktə üsulu vasitəsilə aydın şəkildə görünməlidir.
İddiaçı aşağıdakıları izah etməlidir:
- edilmiş düzəlişlərin növləri;
- düzəlişlərin səbəbləri;
- tələb olunan vaxt;
- məsul tərcüməçi.
Versiya III – Tibbi ekspert rəyi
İxtisaslı tibbi mütəxəssis tərəfindən elmi baxışdan keçirildikdən sonrakı tərcümə versiyası. Bütün elmi düzəlişlər, terminoloji düzəlişlər və məzmunla bağlı təkmilləşdirmələr görünən şəkildə saxlanılmalıdır.
İddiaçı aşağıdakıları təqdim etməlidir:
- rəyçi (ekspert);
- akademik kvalifikasiyası;
- ixtisas sahəsi;
- edilmiş elmi düzəlişlər;
- tələb olunan vaxt.
Versiya IV – Redaksiya və linqvistik baxış
Peşəkar dil redaktəsi və korrektə yoxlamasından sonra əldə olunmuş tərcümə versiyası.
Bütün redaktə dəyişiklikləri görünən şəkildə saxlanılmalıdır.
İddiaçı aşağıdakıları təsvir etməlidir:
- dil baxımından təkmilləşdirmələr;
- oxunaqlılığın artırılması üzrə dəyişikliklər;
- ardıcıllığın təmin edilməsi üzrə dəyişikliklər;
- formatlaşdırma düzəlişləri;
- tələb olunan vaxt.
Versiya V – Keyfiyyət təminatı tamamlanmış son versiya
Bütün keyfiyyət təminatı prosedurları tamamlandıqdan sonra əldə olunmuş, nəşrə hazır yekun tərcümə. Bu versiya çap və nəşr üçün təklif olunan son sənədi əks etdirməlidir.
3. Dəyişikliklərin görünməsi
Sifarişçi tərcümənin proses ərzində necə inkişaf etdiyini müşahidə edə bilməlidir.
Buna uyğun olaraq:
- hər bir dəyişiklik görünən şəkildə saxlanılmalıdır;
- əlavələr, silinmələr və əvəzləmələr aydın şəkildə işarələnməlidir;
- terminoloji düzəlişlər müəyyən edilə bilməlidir;
- elmi düzəlişlər müəyyən edilə bilməlidir;
- üslub təkmilləşdirmələri müəyyən edilə bilməlidir;
- ardıcıllığın təmin edilməsi üzrə düzəlişlər müəyyən edilə bilməlidir.
İddiaçılar aşağıdakı vasitələrdən istifadə edə bilərlər:
- Microsoft Word Track Changes;
- rəng kodlaşdırılması;
- şərhlər (comments);
- annotasiyalar;
- və ya digər şəffaf redaktə sistemi.
Tərcümə prosesinin inkişaf mərhələləri aydın şəkildə qiymətləndirilə bilmədiyi halda, Sifarişçi təklifi rədd etmək hüququnu özündə saxlayır.
- Düzəlişlər jurnalı
İddiaçılar hər mərhələdə edilmiş dəyişikliklərin xülasəsini təqdim edən Düzəlişlər jurnalı təqdim etməlidirlər.
Düzəlişlər jurnalı aşağıdakı formatda (və ya eyni məlumatları təqdim edən ekvivalent formatda) hazırlanmalıdır.
| Mərhələ | Yoxlayan şəxs | Tələb olunan vaxt | Dəyişikliklərin sayı | Düzəlişlərin əsas növləri | Nümunəvi misallar | Dəyişikliklərin səbəbi |
| Versiya 1 | Sİ | İlkin tərcümə | — | İlkin layihə | ||
| Versiya 2 | Peşəkar tərcüməçi | Qrammatika, terminologiya, sintaksis | Tərcümə dəqiqliyinin artırılması | |||
| Versiya 3 | Tibbi ekspert | Tibbi terminologiya, elmi anlayışlar, klinik dəqiqlik | Elmi təsdiqləmə | |||
| Versiya 4 | Dil redaktoru | Üslub, oxunaqlılıq, ardıcıllıq | Redaksiya təkmilləşdirmələri | |||
| Versiya 5 | Keyfiyyət Təminatı Qrupu | Son ardıcıllıq yoxlaması, formatlaşdırma, istinadlar | Nəşrə hazırlıq |
Müvafiq hallarda İddiaçılar əlavə kateqoriyalar da daxil edə bilərlər.
- Sınaq tərcüməsi mətninin seçilməsi
Sınaq tərcüməsi üçün mətn ərizəçi tərəfindən seçilməlidir.
Seçilmiş mətn beynəlxalq səviyyədə tanınmış tibbi dərsliyin tipik bir bölməsinin mürəkkəbliyini əks etdirmək məqsədi daşıyır və mümkün olduqda aşağıdakı elementlərin təmsilçi kombinasiyasını ehtiva edəcəkdir:
- mürəkkəb tibbi və elmi terminologiya;
- fasiləsiz nəqli mətn;
- şəkillər və illüstrasiyalar;
- şəkil başlıqları;
- cədvəllər;
- qısaltmalar və akronimlər;
- latın dilində anatomik, patoloji və mikrobioloji terminologiya;
- dərmanların, aktiv farmasevtik maddələrin və bioloji agentlərin adları;
- digər fəsillərə, şəkillərə və ya cədvəllərə istinadlar;
- rəqəmsal məlumatlar, ölçü vahidləri və laborator göstəricilər;
- klinik tövsiyələr və ya müalicə alqoritmləri;
- siyahılar, markerli bəndlər və strukturlaşdırılmış məzmun.
Belə təmsilçi nümunənin seçilməsinin məqsədi Sifarişçiyə tibbi dərsliklərdə rast gəlinən bütün əsas məzmun növlərinin dəqiq tərcüməsi üzrə İddiaçının bacarığını qiymətləndirmək imkanı verməkdir.
Sifarişçi təklif olunan dərsliyin istənilən fəslindən sınaq mətnini seçmək və texniki təkliflərin ədalətli və obyektiv müqayisəsini təmin etmək məqsədilə həmin mətni bütün İddiaçılara təqdim etmək hüququnu özündə saxlayır.
- Dəstəkləyici sənədlər
Təklifə həmçinin aşağıdakılar daxil edilməlidir:
- tam tərcümə iş axınının təsviri;
- Sİ dəstəkli metodologiyanın təsviri;
- terminologiyanın idarə olunması prosesinin təsviri;
- Tərcümə Yaddaşı (Translation Memory) metodologiyasının təsviri;
- keyfiyyət təminatı metodologiyası;
- istifadə olunan proqram platformalarının siyahısı;
- istifadə olunan Sİ alətlərinin siyahısı;
- tərcümə qrupunun tərkibi;
- tərcüməçilərin kvalifikasiyaları;
- tibbi ekspertlərin kvalifikasiyaları;
- redaktorların kvalifikasiyaları;
- hər mərhələ üçün tələb olunan təxmini vaxt;
- bütöv dərsliyin tərcüməsi üçün tələb olunan ümumi təxmini vaxt.
- Texniki təklifin qiymətləndirilməsi
Sınaq tərcüməsi Texniki Qiymətləndirmənin ayrılmaz hissəsini təşkil edəcəkdir. Sifarişçi digər amillərlə yanaşı aşağıdakıları da qiymətləndirəcəkdir:
- elmi dəqiqlik;
- dil keyfiyyəti;
- terminoloji ardıcıllıq;
- təklif olunan Sİ dəstəkli metodologiyanın effektivliyi;
- tərcümə prosesinin şəffaflığı;
- keyfiyyət təminatı prosedurlarının effektivliyi;
- təklif olunan komandanın kvalifikasiyaları;
- iş axınının səmərəliliyi;
- hər mərhələdə edilmiş düzəlişlərin keyfiyyəti;
- Sİ tərəfindən yaradılmış səhvləri müəyyən etmək və düzəltmək qabiliyyəti;
- nəşr keyfiyyətində tibbi dərsliklərin təqdim edilməsinə ümumi hazırlıq səviyyəsi.
Yekun seçim edilməzdən əvvəl Sifarişçi əlavə izahatların, müsahibələrin, təklif olunan iş axınının nümayişinin və ya Sİ dəstəkli tərcümə prosesinin canlı nümayişinin təqdim edilməsini tələb etmək hüququnu özündə saxlayır.
Qiymətləndirmə meyarları
Təkliflər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
1. Təşkilati və peşəkar bacarıqlar
- Təşkilatın, layihə komandasının və cəlb olunan ekspertlərin layihəni icra etmək üçün yetərli bilik, bacarıq və təcrübəyə malik olması;
- Aşağıdakı təsdiqedici məlumatların təqdim olunması:
- Əvvəllər həyata keçirilmiş oxşar fəaliyyətlərin xülasəsi
- Layihədə məsul şəxslərin tərcümeyi-halı və ya qısa peşəkar profilləri
2. Maraqlı tərəflərin cəlb edilməsi
- Layihə təklifinin hazırlanmasında müəllimlər, tələbələr, tədqiqatçılar və yerli akademik heyətin iştirakı;
- Onların rəy və təkliflərinin nəzərə alınması;
- Layihənin dizaynı, planlaşdırılması, icrası və monitorinqində akademik heyətin aktiv iştirakı.
3. Kitab və tədris materiallarının uyğunluğu
- Mövzunun əsas anlayışlarının seçilmiş materiallarda əhatəli şəkildə təqdim olunması;
- Terminologiya və məzmunun hədəf qrupa uyğun çətinlik səviyyəsində olması;
- Vizual materialların öyrənməni dəstəkləməsi;
- Materialların nüfuzlu universitetlərdə istifadə olunması;
- Oxucular tərəfindən müsbət rəylərin mövcudluğu;
- Müəlliflərin sahə üzrə beynəlxalq səviyyədə tanınması;
- Materialların ən son nəşr və aktual elmi yenilikləri əhatə etməsi;
4. Layihə yanaşması və innovasiya
- Layihədə innovativ yanaşmaların tətbiqi və uzunmüddətli faydanın təmin olunması;
- Layihə benefisiarları, SOCAR və tərəfdaşlar üçün davamlı dəyər yaradılması.
5. Davamlılıq və maliyyə etibarlılığı
- Layihənin SOCAR maliyyəsi xaricində də davamlılığının təmin olunması;
- Hədəf qrupu üçün real və uzunmüddətli həllərin təklif olunması.
6. Büdcə və səmərəlilik
- Təklif olunan fəaliyyətlər üçün məqbul və əsaslandırılmış büdcənin təqdim olunması.
7. Nəticələrin ölçülməsi
- Layihənin məqsədlərinə necə nail olunacağının aydın şəkildə göstərilməsi;
- Nəticələrin ölçülməsi və uğurun izlənməsi mexanizmlərinin təqdim olunması;
Monitorinq və qiymətləndirmə
Məntiqi çərçivə matriksi (logframe) əsasında obyektiv yoxlanıla bilən göstəricilər yaradılaraq, dərslik hər fəsili üzrə yoxlanılacaq. Layihənin müqavilədə razılaşdırılmış qayda və şərtlərə uyğun olaraq həyata keçirilməsindən əmin olmaq üçün mütəmadi olaraq monitorinq və qiymətləndirmə işləri həyata keçiriləcək.
Ödəniş şərtləri
- Layihə büdcəsi üzrə ödənişlər Azərbaycan manatı (AZN) ilə həyata keçiriləcək.
- SOCAR tərəfindən ödəniş aşağıdakı şərtlər yerinə yetirildikdən sonra icra olunacaq:
- Orijinal sənədlər və fakturalar təqdim edildikdə
- Məhsullar tam şəkildə təhvil verildikdə
- Qənaətbəxş yoxlanış (qəbul) hesabatı təqdim olunduqda
- Yuxarıdakı şərtlər yerinə yetirildikdən sonra ödəniş 30 (otuz) gün ərzində bank hesabı vasitəsilə həyata keçiriləcək.
- Layihə təklifi formasının hazırlanması ilə bağlı bütün xərclər müraciət edən təşkilat tərəfindən qarşılanmalıdır.
- SOCAR layihə təklifinin hazırlanması ilə bağlı çəkilən xərclərə görə məsuliyyət daşımır.
Qeyd
Tərcümə ediləcək kitabların yenidən nəşri və çoxaldılması ilə bağlı icazə hüququ SOCAR Midstream şirkətinə aid olacaq.
Son müraciət tarixi
Təkliflər azərbaycan və ya ingilis dilində ən geci 03 avqust 2026-cı il, bazar ertəsi, saat 10:00-dək (yerli vaxtla) [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciətinizi təqdim etməzdən əvvəl aşağıdakılara əmin olun:
- müraciətin son tarixdən əvvəl uğurla təqdim olunmasına;
- faylın tam və oxunaqlı olmasına;
- bütün formal tələblərə uyğun olmasına.