Ceyhan terminalı

Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır. Ceyhan Terminalı 144 hektar (1,44 kv. km) ərazini əhatə edir. İllik ixrac imkanı 50 milyon ton neft təşkil edir. Burada aşağıdakı obyektlər yerləşir: […]
Supsa terminalı

Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşən Supsa terminalı Qərb İxrac Boru Kəməri (QİBK, Baku-Supsa) vasitəsilə nəql olunan xam nefti dənizdəki yükləmə qurğuları vasitəsilə neft tankerlərinə yüklənməzdən əvvəl saxlamağa imkan verir. Daha sonra xam neft tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarlarına çatdırılır. Terminal Gürcüstan iqtisadiyyatının mühüm əhəmiyyət kəsb edən bir elementidir. Stansiya girişi QİBK-də […]
Kulevi terminalı

Kulevi neft terminalı SOCAR-ın Gürcüstandakı ilk və ən mühüm sərmayələrindəndir. Terminalın yerləşdiyi Redut – Kale limanının tarixi 1804-ci ildə burada Redut qalasının və sonradan limanın tikilməsi ilə başlayır. Liman XX əsrin əvvəlində öz əhəmiyyətini itirib, 1999-cu ildə Gürcüstan hökuməti tərəfindən onun yerində Kulevi neft terminalının tikilməsi haqqında qərar qəbul olunub. Belə ki, Gürcüstan hökuməti Azərbaycanın […]
Dübəndi terminalı

SOCAR-ın Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı Bakı şəhərinin 45 km-də, Pirallahı rayonunun Şimali Abşeron limanında yerləşir. Dübəndi Neft Terminalının iş prinsipi hasil olunan yataq neftlərinin və Xəzəryanı dövlətlərdən dənizlə gətirilən tranzit neft və neft məhsullarının qəbul edilməsi, qablaşdırılması və nəql olunmasından ibarətdir. Dübəndi Neft Terminalı 1971-ci ildə tikilib istifadəyə verilsə də […]
Bakı‐Tbilisi‐Ceyhan

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı ilə birləşdirir. Boru kəməri gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir. Ümummilli lider Heydər Əliyevin adını daşıdığı BTC kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci ilin aprelində inşaat işləri sona çatıb. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham […]
Bakı‐Supsa

Azərbaycan neftini dünya bazarlarına nəql edən boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni Bakı-Supsa kəməri də adlandırırlar. Belə ki, kəmər başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir. QİBK ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən […]
Bakı‐Novorossiysk

1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra qarşıda hasil olunan xam neftin xarici bazarlara çıxarılması məsələsi dururdu. Bu məqsədlə qonşu Rusiya Federasiyası və Gürcüstan ilə aparılan danışıqlar nəticəsində “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından hasil ediləcək neftin Qara dəniz limanlarına Şimal və Qərb marşrutu ilə nəqli ilə bağlı müqavilələr imzalandı və layihələrin həyata keçirilməsinə başlanıldı. Şimal marşrutu […]
Daxili neft kəmərləri

SOCAR-ın Neft Kəmərləri İdarəsinin (NKİ) əsas missiyası neftin qəbulu, saxlanması və nəql əməliyyatlarını təhlükəsiz və operativ şəkildə həyata keçirməkdən ibarətdir. 1970-ci ildən müxtəlif formalarda fəaliyyət göstərən NKİ, 2023-cü ildə SOCAR-ın Müşahidə Şurasının qərarına əsasən SOCAR-ın “İnteqrə edilmiş Planlaşdırma, Optimizasiya və Logistika” (İPOL) biznes seqmentinin tərkibinə daxil edilib. NKİ-nin idarə etdiyi əsas obyektlərə Dübəndi terminalı, Şirvan–Bakı, […]