QİBK operatorluğu

8 iyun 2026-cı il tarixindən etibarən “SOCAR Midstream Operations” MMC (SMO) Xəzər dənizi sahilində yerləşən Səngəçal terminalını Qara dəniz sahilindəki Supsa terminalı ilə birləşdirən Qərb İxrac Boru Kəmərinin (QİBK) operatoru funksiyasını öz üzərinə götürüb.

Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) QİBK-nin Gürcüstan hissəsinin idarə edilməsi hüququnu 20 il müddətinə SMO-ya həvalə edib.

SMO QİBK-nin Azərbaycan və Gürcüstandakı bütün obyektlərini, o cümlədən Supsa terminalını idarə edir.

QİBK-nin ümumi uzunluğu 829 km-dir: bunun 456 km-i Azərbaycanın, 373 km-i isə Gürcüstanın ərazisindən keçir.