2022-ci ilin noyabrında SOCAR və KazMunayGaz (KMG) Aktau–Ceyhan marşrutu üzrə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə ildə 1,5 milyon ton Tengiz neftinin tranziti ilə bağlı Çərçivə Sazişi imzaladılar. Tengiz neftinin ilk partiyası 23 mart 2023-cü il tarixində “Prezident Heydər Əliyev” tankeri ilə Səngəçal Terminalına çatdırıldı.
2024-cü ilin mart ayında SOCAR və KMG illik tranzit həcmlərinin artırılması, habelə Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu imzaladılar.
15 yanvar 2025-ci il tarixində SOCAR və KMG mövcud Tengiz həcmlərinə əlavə olaraq ildə 240 min ton Kaşaqan neftinin tranzitini nəzərdə tutan əlavə Çərçivə Sazişi imzaladılar. Ümumi həcmi 6 min ton olan Kaşaqan neftinin ilk partiyası 27 yanvar 2025-ci ildə Bakıya çatdırıldı.
2023-cü ilin mart ayından 2026-cı ilin iyul ayınadək Azərbaycan ərazisindən ümumilikdə təxminən 4,5 milyon ton Qazaxıstan nefti nəql edilmişdir.



