25 November 2017

SOCAR Midstream Operations Şirkətinin mütəxəsisləri TAP Layihəsi üzrə Yunanıstana səfər etmişlər

Back to news

SOCAR Midstream Operations Şirkətinin mütəxəsisləri 25.11.2017-01.12.2017-ci il tarixlərində TAP Layihəsi üzrə aparılan tikinti işləri ilə ümumi tanışlıq məqsədi ilə həmin layihənin Yunanıstan hissəsində yerləşən Kompressor Stansiyasında GCS00, Qaz Ölçmə Qovşağında, Əsas Boru Kəmərindən ayrılan Komotini və Desfa qollarında, Boru kəmərinin İlkin və Tamamlanma mərhələlərində, Yerüstü Mexaniki Birləşmələrində aparılan tikinti-quraşdırma, Hidrotest, Mexaniki Tamamlanma və İstismara hazırlıq işləri ilə əlaqədar olaraq Yunanıstana səfər etmişlər. İlkin olaraq, SMO nümayəndələri Kipoi-də yerləşən GCS00 saylı Kompressor sahəsinə baş çəkmiş və müəyyən edilmişdir ki, sahənin tikintisi üzrə yüksək inkişaf göstəricisi əldə olunmuşdur. Nəzərdə tutulmuş bütün Kompressor qurğuları sahəyə gətirilərək yerində quraşdırılmışdır. Görüş ərzində SMO nümayəndələri tərəfindən qaldırılan bütün suallar TAP və Podratçıları tərəfindən ətraflı cavablandırılmışdır. TAP nümayəndələri bildirdilər ki, Kompressor stansiyasının tikinti cədvəlində heç bir gecikmə yoxdur və Stansiya 20 noyabr 2018-ci il tarixində mexaniki olaraq tamamlanacaqdır.

Növbəti günlərdə, SMO nümayəndələri boru kəməri marşurutunun açılması, boru kəmərinin marşurutu üzrə boruların düzülməsi, xəndəyin qazılması, əsas və boru hissələri üzrə aparılan qaynaq işləri, boru kəməri marşurutu üzrə torpağın bərkidilməsi, izolyasiya işləri, horizontal istiqamətli qazma işləri, yerüstü mexaniki birləşmələrin, boru kəmərinin xəndəyə endirilməsi və basdırılması, yüksək mailli ərazilərdə aparılan boru kəməri tikinti sahələrinə səfər etmiş və tikinti quraşdırma işləri ilə tanış olmuşdur. Səfər ərzində tikinti sahələrində meydana gələn bütün suallar TAP və podratçıları tərəfindən uğurla cavablandırılmışdır və sahələr üzrə yüksək SƏTƏM göstəriciləri müşahidə edilmişdir. Əlavə olaraq, TAP-ın Yunanıstan üzrə layihə idarəetmə nümayəndələri TAP-ın Seloniki şəhərində yerləşən ofisində SOCAR Midstream Operations nümayəndələri ilə birlikdə bütün tikinti sahələri üzrə səfər çərçivəsində müşahidə edilmiş məsələlər müzakirə edilmiş və SMO tərəfindən müvafiq məsləhətlər verilmişdir.