SƏTƏM Siyasəti üzrə Bəyannamə

“SOCAR Midstream Operations” şirkətinin (SMO) hədəfi əməyin təhlükəsizliyi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlik və dəyərlərimiz, əməkdaşlarımızın müvafiq davranışı və bizim ətraf mühitə olan ehtiramımız sayəsində boru kəməri əməliyyatlarında tanınmış və etibarlı lider olmaqdır. Bizim rəhbərliyimiz əməkdaşlarımızı düzgün seçimlər etməyə həvəsləndirən mədəniyyət yaratmışdır. SMO şirkətinin rəhbərliyi aydın gözləntilər, müşahidələr, təlimatlar təyin edir və sonda əməkdaşların və podratçıların üzərinə SƏTƏM fəaliyyəti ilə bağlı cavabdehliklər qoyur. Nəzarətçilərdən SƏTƏM siyasətlərinə və standartlarına uyğun olaraq ünsiyyət yaratmaları, fəaliyyət göstərmələri və uyğunluğu təmin etmələri tələb olunur.

Öhdəliklərimizə aşağıdakılar daxildir:

  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində rəhbərliyin idarə olunması və işçi öhdəliyinə dair işgüzar fəaliyyətimizə nəzarət etmək. Biz, həmçinin bu sahədə öz tərəfdaşlarımıza və podratçılarımıza təsir göstərməklə, onları dəstəkləyəcəyik.
  • SƏTƏM üzrə bütün qanunlara, qaydalara və şirkətin tələblərinə riayət etmək
  • Qəzaların və çirklənmənin qarşısını almaq və enerjidən səmərəli şəkildə istifadə etməklə, ekoloji fəaliyyətin davamlı şəkildə təkmilləşdirilməsi öhdəliyini qoruyub saxlamaq
  • Əməyin təhlükəsizliyinə təsir edən qərarlarda və ekoloji cəhətdən həssas əməliyyatlarda dürüstlük nümayiş etdirmək və əməyin təhlükəsizliyini prioritet olaraq saxlamaq
  • Tərəfdaşlarımız, əməkdaşlarımız, qonşularımız və digər maraqlı tərəflərlə məsləhətləşmək, onları dinləmək və onlara açıq şəkildə cavab vermək
  • Sənayemizin standartlarını təkmilləşdirmək məqsədi ilə podratçılarımızla, təchizatçılarımızla, rəqib şirkətlərlə və vasitəçilərlə əməkdaşlıq etmək
  • Fəaliyyəti bir işçi qüvvəsi çərçivəsində qiymətləndirilən podratçı əməkdaşların əməyinin təhlükəsizliyinə bərabər münasibət nümayiş etdirmək
  • Fəaliyyətimizi davamlı şəkildə təkmilləşdirmək məqsədi ilə SƏTƏM məqsədlərini və hədəflərini təyin etmək və nəzərdən keçirmək üçün effektiv SƏTƏM idarəetmə sistemi tətbiq etmək
  • SƏTƏM məhsuldarlığının artırılmasına töhfə verə bilən insanları müəyyən etmək
  • Öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmələri üçün bütün işçi qüvvəsinin təlimatlandırılmasını təmin etmək
  • SƏTƏM siyasətimizin və idarəetmə sisteminin lazımi şəkildə tətbiq edilməsini və təkmilləşdirilməsini təmin etmək məqsədi ilə nəzarət sistemi yaratmaq və tətbiq etmək, habelə müntəzəm baxışlar keçirmək.