CQBKŞ Kommersiya İstismarı

2015-ci ilin 1 may tarixindən başlayaraq “SOCAR Midstream Operations” Ltd. şirkəti CQBKŞ -nin Kommersiya Operatoru kimi müvafiq öhdəlik və fəaliyyətlərini yerinə yetirməyə başlamışdır. Kommersiya Operatorluq funksiyası 2007-ci ildən bu rolu yerinə yetirən “STATOİL” şirkəti tərəfindən şirkətə təhvil verilmişdir. Operator Xidmətləri Sazişinə uyğun olaraq, CQBKŞ, “Hold Co” və “Option Co” şirkətləri üçün CQBKŞ tərəfindən həyata keçirilən fəaliyyətlərə aşağıdakılar daxildir:

  • Büdcənin hazırlanması, mühasibatlıq, vergilərin hesablanması, hesabat və inzibati fəaliyyətlər
  • İT-sistemləri vasitəsilə qazın nəqli ilə bağlı statistik fəaliyyətlər;
  • Qazın ayrılması və Qazın satışı və tariflərə uyğun hesab-fakturaların verilməsi;
  • “OptionCo” qazının satış əməliyyatlarının yerinə yetirilməsi;
  • Tərəfdaşlarla, Direktorlar Şurası və Səhmdarlarla müntəzəm yığıncaqlar keçirməklə, CQBKŞ, “CQBK HoldCo” və “CQBK OptionCo” şirkətlərinin korporativ idarə edilməsi;
  • Nümayəndə fəaliyyətləri;
  • Müqavilələrin təfsiri və əlavə müqavilə planlarının hazırlanması/icrası vasitəsilə kommersiya və hüquqi funksiya;
  • Müxtəlif dövlət orqanları ilə əlaqələr;
  • Gələcək qaz nəqlinin təşkili və CQBK-nin genişləndirilməsi üzrə biznesin inkişafı.