Etika və uyğunluq

“SOCAR Midstream Operations” MMC (SMO) yarandığı gündən etibarən tərəfdaşlarına, əməkdaşlarına və cəmiyyətə münasibətdə sosial məsuliyyətli fəaliyyət göstərir, eləcə də ədalətli, dürüst və şəffaf biznes təcrübələri tətbiq edir. Şirkət ölkəmizdə bu sahədə aparıcı təşkilatlardan biri kimi tanınmaqdan qürur duyur. Fəaliyyətimizin bütün istiqamətlərində şirkətdaxili mədəniyyətə, işgüzar etikaya və korporativ idarəetməyə daim xüsusi diqqət yetirir və gələcəkdə də bu yüksək standartları qorumağı qarşımıza məqsəd qoyuruq.

SMO öz fəaliyyətini dürüstlük, şəffaflıq və qüvvədə olan qanunvericiliyə, normativ tələblərə və daxili siyasətlərə tam uyğunluq prinsipləri əsasında həyata keçirməyə sadiqdir. Etika və uyğunluq çərçivəmiz güclü etik mədəniyyətin təşviqinə, mümkün pozuntuların qarşısının alınmasına və təşkilatın bütün səviyyələrində məsuliyyətli qərarvermənin dəstəklənməsinə yönəlib.

Yanaşmamız beynəlxalq səviyyədə tanınmış standartlara və qabaqcıl təcrübələrə, habelə qüvvədə olan qanunvericiliyin və müqavilə öhdəliklərinin tələblərinə əsaslanır. Bu çərçivə Davranış Kodeksi, Rüşvətxorluğa və Korrupsiyaya Qarşı Mübarizə Siyasəti, Maraqların Toqquşması Siyasəti və Etibarlılıq üzrə Yoxlama (Integrity Due Diligence) prosesləri daxil olmaqla əsas siyasət və prosedurlarla dəstəklənir.

SMO narahatlıqların bildirilməsi, potensial maraqlar toqquşmasının idarə olunması və kontragentlər üzrə yoxlamaların aparılması üçün aydın prosedurlar tətbiq edir. Əməkdaşlar və üçüncü tərəflər xüsusi müraciət kanalları vasitəsilə, məxfiliyin qorunacağına və hər hansı təzyiq və ya mənfi nəticələrdən müdafiə olunacaqlarına əmin olaraq, narahatlıqlarını bildirməyə təşviq olunurlar.

Müntəzəm təlimlər, risk qiymətləndirmələri və davamlı monitorinq vasitəsilə SMO etika və uyğunluq prinsiplərinin gündəlik əməliyyatlara və işgüzar münasibətlərə inteqrasiya olunmasını təmin edir.

Etika və uyğunluqla bağlı sual və ya müraciətlər üçün: [email protected]