Lüdviq Nobelin sifarişi ilə İsveçin Motala şəhərində dünyada ilk neft daşıyan “Zoroastr” (Zərdüşt) polad gövdəli buxar gəmisi tikilib.
Nobel qardaşları tərəfindən Rusiya imperiyasında ilk olaraq Balaxanıdan Qara şəhərə qədər neft kəməri çəkilib. Uzunluğu 9 km, diametri 7,62 sm olan bu kəmər Balaxanıdakı neft mədənlərini Qara şəhərlə birləşdirib.
“Nobel qardaşları” şirkəti tərəfindən dünyada ilk dəfə neftin və neft məhsullarının dəmir yolu sisternlərində daşınmasına başlanıb.
May ayında Zaqafqaziya dəmir yolunun Bakı-Batum xətti işə salınıb.
Neft milyonçusu Şəmsi Əsədullayev neftin Bakıdan buxar gəmiləri ilə daşınmasına və boru kəmərləri ilə nəqlinə müvəffəq olub.
Azərbaycanın neft milyonçuları – Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev uzunluğu 829 verst (1 verst 1070 metrə yaxındır) olan 800 min ton ötürücülük gücünə malik Trans-Qafqaz boru kəmərini çəkdirərək, onu 1907-ci ilin iyul ayında istismara verdiriblər. Boru kəmərinin təntənəli açılışı həmin il iyulun 24-də Tiflisdə keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft və qaz sənayesinin dinamik inkişafı üçün də əsaslı addımlar atılıb.
Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərineft” Dövlət Konserni və “Azərneftkimya” İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaradılıb.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib.
Dekabrın 12-də “Əsrin müqaviləsi” Azərbaycan parlamentində ratifikasiya olunub.
Bakı-Novorossiysk Şimal ixrac boru kəməri istismara verilib.
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə bağlı müqavilə imzalanıb.
Bakı-Supsa neft kəməri istismara verilib. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib.
Sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub.
Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanıb.
Mayın 25-də Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilib.
Cənubi Qafqaz Boru Kəmərindən ilk qaz vurulub.
Mayın 28-də Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatıb.
İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilib.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tutumu gündəlik 1,2 milyon barrelə qədər artırılıb.
Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb.
İyunun 26-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Trans-Anadolu qaz boru kəməri” (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi keçirilib.
“Şahdəniz” yatağından hasil olunan qazın Avropaya ixrac marşurutu kimi Trans-Adriatik boru kəməri (TAP) marşrutu seçilib.
İyulun 24-də “SOCAR Midstream Operations” MMC dövlət qeydiyyatından keçib.
Türkiyənin Qars şəhərində TANAP boru kəmərinin təməli qoyulub.
Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatorluğu bp şirkətindən “SOCAR Midstream Operations” MMC-yə keçib.
Mayın 29-da Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
İyunun 12-də TANAP boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan birinci hissəsi istifadəyə verilib.
İyunun 30-da “Şahdəniz-2” layihəsi çərçivəsində TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanıb.
Noyabrın 30-da TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib.
Martın 20-də Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu bp şirkətindən “SOCAR Midstream Operations” MMC-yə keçib.
Dekabrın 31-də TAP boru kəmərinin istismara verilməsi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlanıb və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edilib.
Mart ayında Azərbaycan ərazisi üzərindən Qazaxıstan neftinin tranzitinə start verildi.
Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz boru kəməri istifadəyə verilib.
SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası və Hədəf Əməliyyat Modeli çərçivəsində neft və qaz layihələrinin daha səmərəli şəkildə idarə edilməsi məqsədilə “SOCAR Midstream Operations” MMC yenidən təşkil edilib. “SOCAR Midstream Operations” MMC adını saxlamaqla neft nəqli infrastrukturunun və layihələrinin idarə edilməsinə davam etdi. Yeni təsis edilən “SOCAR Midstream Gas Operations” MMC isə qaz nəqli infrastrukturu və layihələrinə cavabdeh oldu.
İyunun 8-də “SOCAR Midstream Operations” MMC Qərb İxrac Boru Kəmərinin (Bakı–Supsa) operatoru olub.
1 iyul 2026-cı il tarixindən “SOCAR Midstream Operations” MMC Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin meneceri, eləcə də BTC və Cənubi Qafqaz Boru Kəmərinə aid ümumi fəaliyyətlər üzrə vahid operator kimi fəaliyyət göstərir.