SƏTƏM
Əsas səhifə » Haqqımızda » SƏTƏM
“SOCAR Midstream Operations” MMC olaraq, əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və əməliyyatlarımızın bütövlüyü fəaliyyətimizin əsasını təşkil edir. Biz xam neftin daşınması və saxlanmasını əhatə edən midstrim fəaliyyətlərimizi insanların, icmaların və ətraf mühitin qorunmasını təmin edən şəkildə həyata keçirməyə sadiqik.
Bu çərçivədə öhdəliklərimiz aşağıdakılardır:
“Sıfır zərər” hədəfi: Bədbəxt hadisələrin, xəsarətlərin və peşə xəstəliklərinin tam qarşısının alınmasına çalışmaq.
Ətraf mühitin mühafizəsi: Məsuliyyətli əməliyyatlar, neft dağılmalarının qarşısının alınması və emissiyaların nəzarətdə saxlanılması yolu ilə ətraf mühitə təsirləri minimuma endirmək.
Dayanıqlılıq və iqlim dəyişikliyi: İstixana effektinə səbəb olan qaz emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və resurslardan məsuliyyətli istifadənin təşviq etməklə iqlim dəyişikliyinin azaldılmasına yönəlmiş qlobal səyləri fəal şəkildə dəstəkləmək.
Qanunvericiliyə və normativ tələblərə uyğunluq: Müvafiq SƏTƏM qanunlarına, qaydalarına, standartlarına və sənaye üzrə ən yaxşı təcrübələrə tam riayət etmək.
Davamlı təkmilləşmə: SƏTƏM risklərini müəyyən etmək, qiymətləndirmək və nəzarətdə saxlamaq, sistemlərimizi və fəaliyyət göstəricilərimizi davamlı olaraq yaxşılaşdırmaq.
Hadisələrdən nəticə çıxarmaq: Bütün baş vermiş bədbəxt hadisələri araşdıraraq kökündə duran səbəbləri müəyyən etmək və öyrənilən dərsləri fəaliyyətlərimizə inteqrasiya etmək.
Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara operativ cavab vermək və mümkün təsirləri minimuma endirmək üçün daim hazırlıqlı olmaq.
Əməkdaşların iştirakı: Liderlik, təlim və maarifləndirmə vasitəsilə bütün əməkdaşları və maraqlı tərəfləri proaktiv şəkildə SƏTƏM mədəniyyətinin formalaşdırılmasına cəlb etmək.
“SOCAR Midstream Operations” MMC-nin SƏTƏM siyasəti ilə burada tanış olmaq olar.