İPOL seqmenti
Əsas səhifə » Haqqımızda » İPOL seqmenti
SOCAR-ın İnteqrə Edilmiş Planlaşdırma, Optimizasiya və Logistika (İPOL) biznes seqmentinin məsuliyyət dairəsi neft dəyər zənciri üzrə optimizasiya/təkmilləşdirmə imkanlarının müəyyən edilməsi, tələb/istehsal və logistika məhdudiyyətləri arasında planların inteqrasiyası, dəyər zəncirinin modelləşdirilməsini və logistika infrastrukturuna aid olan olan aktivlərin idarə edilməsi və planlaşdırılmasını (yük, boru kəməri, dəmir yolu və dəniz logistikası) əhatə edir.
İPOL integrasiya edilmiş biznes modellərin qiymətləndirilməsi və optimallaşdırmasında dəstək verir və seqment üzrə SOCAR Qrupuna daxil olan hüquqi şəxslərin təsərrüfat fəaliyyətini tənzimləyir.
İPOL seqmenti SOCAR-ın Müşahidə Şurasının 26 iyul 2023-cü il tarixli protokoluna əsasən iki departamentdən ibarət olaraq təşkil olunmuşdur: İnteqrasiya edilmiş planlama və kommersiya optimalaşdırması departamenti və Logistika və infrastrukturun idarə edilməsi departamenti.
İPOL seqmenti özündə aşağıdakı biznes vahidlərini və aktiv hesab olunan əməliyyat vahidlərini ehtiva edir:
Biznes vahidləri:
– “SOCAR Midstream Operations” MMC
– “Eurasia Transport and Terminals Company” MMC
– “Sarmatia” LLC
Əməliyyət vahidləri:
– Bakı-Tbilisi-Ceyhan boru kəməri
– Qərb İxrac Boru Kəməri (Bakı‐Supsa)
– Şimal İxrac Boru Kəməri (Bakı‐Novorossiysk)
– SOCAR-ın Neft Kəmərləri İdarəsi
– “Black Sea Terminal” LLC (Kulevi terminalı)
– SOCAR Terminal (Petlim).