İşə qəbul siyasətinin əsas prinsipləri

 

“SOCAR Midstream Operations” MMC-nin (SMO) qısa və uzun müddətli hədəflərinə çatmaq üçün doğru insanları işə cəlb etmək və doğru vəzifələrdə yerləşdirmək məqsədilə, eyni zamanda karyera inkişafını dəstəkləmək üçün davamçılığın planlanması prosesində aşağıdakı prinsiplərə əməl edirik:

Bərabərlik

SMO müvafiq qanunvericiliyin tələblərinə və bərabərlik prinsipinə əməl edərək işə qəbul prosesini həyata keçirir. SMO vətəndaşlıq, cins, irq, din, milliyyət, dil, yaşayış yeri, əmlak vəziyyəti, ictimai-sosial mənşə, yaş, ailə vəziyyəti, əqidə, siyasi baxışlar, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyət və qanunvericiliklə nəzərdə tutulmuş digər amillərdən asılı olmayaraq bütün insanlara bərabər məşğulluq imkanları təqdim edir.

İnklüzivlik

SMO inklüzivlik və müxtəlifliyə əsaslanan əlçatan iş mühiti yaratmaqla hər bir fərdin istedadını nümayiş etdirə biləcəyi, ümumi uğurumuza töhfə vermək imkanına malik olduğu, mükəmməllik və innovasiyanın inkişaf etdiyi şəraitin formalaşdırılmasını təmin edir. İş yerinin standartları nəzərə alınmaqla işə qəbul edilmiş sağlamlıq imkanları məhdud işçilərin sosial dayanıqlığının qorunmasına, iş şəraitinin yaxşılaşdırılmasına zəruri dəstək göstərir.

Ədalətlilik

Seçim prosesində namizədlərin biliyi, səriştəsi, təcrübə və potensialı əsas dəyərləndirmə meyarları olaraq əldə rəhbər tutulur. Bütün namizədlər bu meyarlar əsasında seçilir və işə qəbul edilir.

Sistemlilik

İşə qəbul prosesi təsdiqlənmiş və periodik və ya mütəmadi nəzərdən keçirilərək zəruri dəyişikliklərdən keçən sənədlər və qaydalar əsasında aparılır.

Davamlılıq

SMO işə qəbulda rəhbər tutduğu prinsiplərə hər bir vakant vəzifənin komplektləşdirilməsi zamanı mütləq qaydada əməl edir. İşə qəbul prosesində uzunmüddətli təşkilati inkişafa və resurs səmərəliliyinə diqqət yetirməklə davamlılığı təmin edir.

Fərdi məlumatların qorunması

Vakansiyalara müraciət edən namizədlər barəsində toplanmış fərdi məlumatlar qanunvericiliyin və SMO-nun məlumatların qorunmasına dair daxili normativ sənədlərin tələblərinə uyğun olaraq mühafizə olunur.

Korporativ dəyərlərə uyğunluq

SMO üzrə işə qəbul əməliyyatları və qərarların qəbulu korporativ dəyərlərə əsaslanaraq həyata keçirilir – Təhlükəsizlik, Vahid komanda, Davamlı inkişaf, Hesabatlılıq, Qayğı.

Yerli işəgötürmə siyasəti

SMO yerli icmalarla əməkdaşlığa böyük önəm verir və yerli işəgötürmə siyasətini həyata keçirməklə, xüsusi təhsil və bacarıq tələb edilməyən iş yerlərinə münasibətdə bilavasitə iş yerinin yaxınlığında yaşayan namizədlərin işlə təmin edilməsinə diqqət yetirir.

 

İşə qəbul prosesin mərhələləri

 

Əlaqə

Ünvan:

Neftçilər prospekti, 64 Crescent ofisləri, 14-cü mərtəbə AZ 1010, Bakı, Azərbaycan