
Sosial sərmayə strategiyasının prinsipləri
Sosial innovasiya
İnvestisiya və əməkdaşlıq üçün yeni, yaradıcı yanaşmaları təşviq edir, icmalar arasında birliyi gücləndiririk.
Tərəfdaşlıq
İcma ehtiyaclarını birgə həll etməyə imkan verən nəticəyönümlü tərəfdaşlıqlar qururuq və yerli səylərlə formalaşan layihələrə üstünlük veririk.
Sübutlara əsaslanan yanaşma
Tərəfdaş və maraqlı tərəflərin fikirlərini məlumat təhlili ilə birləşdirərək təşəbbüslərimizi davamlı şəkildə təkmilləşdiririk.
Əlaqələr
Maraqlı tərəflərlə şəffaf kommunikasiya saxlayır, açıq dialoqları təşviq edir və fəaliyyətlərimizlə bağlı rəy toplamırıq.
Davamlı inkişaf həlləri
Uzunmüddətli və dayanıqlı həllərin tətbiqinə çalışır, tərəfdaşlarımızı da bu yanaşmaya həvəsləndiririk.
Uyğunluq və dürüstlük
Qanunvericiliyə tam riayət edir, ən yüksək sənaye standartlarını tətbiq etməyə can atırıq. Dürüstlük və şəffaflıq bütün investisiya proseslərimizin əsasını təşkil edir.
Məsuliyyətli investisiya
Qərar qəbulunda iqtisadi, ekoloji və sosial amilləri nəzərə alır, əməliyyatlarımızın təsirinin azaldılması üçün monitorinq və hesabatlılıq mexanizmləri tətbiq edirik.
Sosial sərmayə strategiyasının prioritet sahələri
Sosial və iqtisadi inkişaf
Layihələr və mikro-biznes təşəbbüsləri vasitəsilə icmaların rifahını artırmağa çalışır, insanlara öz ideyalarını dayanıqlı gəlir mənbəyinə çevirmələrində dəstək göstəririk. Zərurət yarandıqda əlavə təlimlər təşkil edirik.
Təhsil və bacarıqlar
İnsanların maneəsiz öyrənmə imkanlarını artırır və onların daha yaxşı gələcək qurmasına şərait yaradan təhsil layihələrini dəstəkləyirik.
Ətraf mühit
İctimaiyyəti ekoloji mövzular barədə məlumatlandırmaqla və iqlim dəyişikliyinə qarşı tədbirlərlə daha təmiz və sağlam gələcəyə töhfə verməyə çalışırıq.
Sosial sərmayə layihələrinin seçimi
Biz sosial investisiya layihələrinin seçimi üçün aydın və obyektiv meyarlar tətbiq edirik. Maliyyələşdirmədən əvvəl təqdim olunan sənədlər hərtərəfli qiymətləndirilir. Müraciətçilər siyasətlərimizə və təklif sorğularına dair təlimatlara riayət etməli, qiymətləndirmə meyarlarını düzgün başa düşməlidirlər. Qiymətləndirmə prosesi qərəzsizlik və məxfiliyi təmin edən xüsusi model əsasında aparılır.
Əməliyyat bölgələrimiz üzrə icmalar üçün yüksək keyfiyyətli və dayanıqlı sosial sərmayə layihələri həyata keçirmək məqsədilə peşəkar və dəyərləri uyğun tərəfdaşlarla əməkdaşlıqları alqışlayırıq.
Şəffaflıq və strategiyamıza uyğunluğu təmin etmək üçün bütün potensial tərəfdaşlardan Konsept sənədi və Layihə təklifi təqdim etmək tələb olunur. Konsept sənədi üzrə qaydalarla burada, Layihə təklifi şablonu isə burada tanış ola bilərsiniz.
Müraciətlər və suallar üçün elektron poçt ünvanı: [email protected].