Fərhan Əliyev Çingiz oğlu 5 aprel 1975-ci ildə Bakı şəhərində anadan olub.
1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr dərəcəsinə yiyələnib. 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramını fərqlənmə diplomu ilə bitirib.
1995–2008-ci illərdə müxtəlif yerli və xarici şirkətlərdə təchizat, logistika və marketinq sahələrində çalışıb.
2008–2016-cı illərdə “bp Azərbaycan” şirkətində müxtəlif sahələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərib. Bu müddət ərzində o, “Azəri-Çıraq-Günəşli” neft yatağı, “Şahdəniz” qaz layihəsi, Səngəçal terminalı və Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa və Cənubi Qafqaz Boru Kəməri kimi ixrac boru kəməri layihələrində çalışıb. Onun fəaliyyəti istehsalat materiallarının strateji planlaşdırılması, materialların idarə edilməsi, satınalma və təchizat zəncirinin idarə olunması kimi sahələri əhatə edib.
2016–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müdir müavini vəzifəsində çalışıb.
2024-cü ilin yanvar ayından “SOCAR Midstream Operations” MMC-nin icraçı direktoru vəzifəsində çalışır.