SOCAR Midstream-də təcrübə proqramı uğurla tamamlanıb

SOCAR-ın Gənc İstedadlar Proqramı-nın iştirakçıları “SOCAR Midstream Operations” MMC-də keçdikləri təcrübə proqramını uğurla tamamlayıblar.

Beş ay ərzində gənclər şirkətin müxtəlif bölmələrində real iş mühitində çalışaraq mentorlarının bilik və təcrübəsindən yararlanıb, peşəkar inkişaflarına töhfə verən yeni bacarıqlar əldə ediblər.

Bununla əlaqədar keçirilən bağlanış mərasimində təcrübəçilərə sertifikatlar və tövsiyə məktubları təqdim olunub.