Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil olunub

“SOCAR Midstream Operations” MMC Abşeron rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında ağacəkmə aksiyası təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirdə hər iki qurumun əməkdaşları və Nazirliyin könüllüləri iştirak ediblər.

Bakı–Şamaxı yolunun 30-cu kilometrliyində yaşıllaşdırma üçün ayrılmış ərazidə keçirilən aksiya çərçivəsində 1 hektar sahədə ümumilikdə 625 ağac əkilib.

Ərazinin iqlim xüsusiyyətləri nəzərə alınaraq Eldar şamı və zeytun növlərindən olan tinglər seçilib, həmçinin ağacların davamlı su təminatı üçün damcı-suvarma sistemi quraşdırılıb.