Qərb İxrac Boru Kəməri (QİBK)

Neft İxrac Boru Kəməri

İcmal

145,000 barel/gün (23,100 m3/gün) məhsuldarlığına malik Qərb İxrac Boru Kəməri (QİBK) Xəzər Dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarından xam nefti Qara Dənizin Gürcüstan sahilində yerləşən Supsa terminalına nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır. QİBK Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Kəmərin tikintisi Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında 1996-cı ilin aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanmış və 1998-ci ilin noyabr ayında başa çatdırılmışdır.

QİBKM 1999-cu ilin fevral ayında istismara verilmişdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay Bölgüsü Sazışının tərəfdaşları adından onu istismar edir. 2007-ci il ərzində QİBK geniş təmir və dəyişdirmə işlərinin görülməsinə imkan yaratmaq məqsədi ilə dayandırılmışdı. Bu proqrama Gürcüstanda və Azərbaycanda boru kəməri seksiyalarının dəyişdirilməsi daxil edilmişdi. Bu iş 2008-ci ilin birinci rübündə başa çatdırıldı. AÇG hasilatını və hasilata tələbi mənfi təsirlərdən qorumaq məqsədilə, boru kəmərində nəqlin dayandırıldığı müddətdə nefti bazarlara çatdırmaq üçün digər marşrutlardan istifadə edilmişdir.

Partners

BP35.8% SOCAR11.6%
Chevron11.3% INPEX11%
Statoil8.6% Exxonmobil8%
TPAO6.8% Itochu4.3%
ONGC2.7%

Texniki Parametrlər

Qərb İxrac Boru Kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

  • Kəmərin uzunluğu - 829.6 km (Azərbaycan 456.4 km, Gürcüstan 373.2 km);

  • Altı Nasos Stansiyası (NS) (Azərbaycanda 3, Gürcüstanda 3);

  • İki  Təzyiq Azaldan (reduksiya edən) Stansiya (TAS) (Gürcüstanda);

  • 10 Təmizləyici Tərtibatın Buraxılma Kamerası (TTBK) (Azərbaycanda 4, Gürcüstanda 6);
  • 10 Təmizləyici Tərtibatın Qəbulu Kamerası (TTQK) (Azərbaycanda 3, Gürcüstanda 7);
  • 53 Bağlayıcı Armatur Stansiyası (BAS) (Azərbaycanda 25, Gürcüstanda 28);
  • ​10 Əks Klapan (ƏK) (Azərbaycanda 3, Gürcüstanda 7).