Trans-Adriatik Boru Kəməri (TAP)

Qaz İxrac Boru Kəməri

İcmal

Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.

TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km -dir.TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilmişdir. TAP boru kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

Partners

BP20% SGC20%
Snam20% Fluxys19%
Enagas16% Axpo5%

Texniki parametrlər

  • 878 km uzunluğu olan boru kəmərinin 550 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik Dənizi, 8 km-i İtaliya ərazilərindən keçir;
  • Boru kəmərinin diametri 48 düym, dənizdə isə (Adriatik Dənizi boyunca) diametr 36 düym təşkil edir; 
  • Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 1900 m yüksəklikdə yerləşir;
  • TAP boru kəmərinin Yunanıstandan keçən hissəsindən  iki qol,  Yunanıstan Albaniya sərhədində isə bir qol ayrılmışdır;
  • TAP boru kəmərinin illik maximum ötürücülük qabiliyyəti 20 milyard kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr qaz təşkil edəcək.

TAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

  • Dörd  Kompressor Stansiyası (KS) ( Yunanıstanda 2, Albaniyada 2); 
  • 5 Təmizləyici Tərtibatın Buraxılma Kamerası (TTBK) ( Yunanıstanda 2, Albaniyada 2, İtaliyada 1); 
  • 5 Təmizləyici Tərtibatın Qəbulu Kamerası (TTQK) ( Yunanıstanda 2, Albaniyada 2, İtaliyada 1);
  • 33 Bağlayıcı Armatur Stansiyası (BAS) ( Yunanıstanda 23, Albaniyada 9, İtaliyada 1);
  • Dörd Qaz Sərfini Ölçmə Stansiyası (QSÖS) (Türkiyə/Yunanıstan sərhəddi 1, Yunanıstan/Albaniya sərhəddi 1, Adriatik dənizinin sahili Fier Kompressor Stansiyası 1, İtaliya Boru Qəbul Terminalı 1).

Timeline