Qaz İxrac Boru Kəməri
TANAP Layihəsi Xəzər Dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzər Dənizinin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və öz növbəsində bu ölkədən Avropaya nəqlini nəzərdə tutur. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyənin Gürcüstan sərhədində, Ərdəhanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə də daxil olmaqla 20 vilayətdən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala bölgəsində başa çatır.
TANAP Layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanmışdır. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair» Saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanmış və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilmişdir. TANAP Layihəsi təbii qazın Şahdəniz və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. TANAP boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
SGC58% | BOTAS30% |
BP12% |
TANAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir: