Qaz İxrac Boru Kəməri
Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal Terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel olaraq eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə qoşulmuşdur.Gürcüstana nəql edilən qaz Azərbaycan-Gürcüstan sərhədində yerləşən CQBK-dən ayrılan qol vasitəsilə təmin edilir. Əraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (SCPC) cavabdehdir.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midsteam Operation Limited Şirkəti isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq Şahdəniz Mərhələ 1-dən Türkiyəyə qaz nəql etməyə başlamışdır. 2016-cı ilin ilk üç rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 764 milyon dollar əsaslı xərclər sərf edilmişdir. 2016-cı ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük qabiliyyəti təqribən 20 milyon kubmetr qaz olmuşdur.
BP28.8% | SOCAR (Azerbaijan SCP)10% |
TPAO19% | PETRONAS15.5% |
LukOil10% | NICO10% |
SGC Midstream6.7% |
692 km uzunluğu olan boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan ərazilərindən keçir;
Boru kəmərinin diametri Azərbaycan və Gürcüstan ərazisində 42 düymdür;
CQBK-nin illik ötürücülük qabiliyyəti 7.4 milyard kubmetr qazdır.
CQBK Azərbaycanın 13 rayonundan (Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa), Gürcüstanın 7 bölgəsindən keçir.
CQBK-nin obyektlərinə aşağıdakılar daxildir:
BTC Nasos Stansiyalarını yanacaq qazı ilə təmin etmək üçün ayrılan qollar (Azərbaycanda 1, Gürcüstanda 2);
Gürcüstana ayrılan qol;
11 Bağlayıcı Armatur Stansiyası (BAS) (Azərbaycanda 5, Gürcüstanda 6);
Dörd Qaz Sərfini Ölçmə Stansiyası (QSÖS) (Səngəçalda 1, Azərbaycan/Gürcüstan sərhəddində 1, Gürcüstana ayrılan qolda 1, Gürcüstan/Türkiyə sərhəddində );
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Layihə 2013-cü ildə başlayıb və boru kəməri 2018-ci ildə istismara verildikdən sonra il ərzində 23.46 milyard kub metrə qədər qaz ixrac edəcək. Layihə, Azərbaycanda mövcud CQBK-nə birləşdiriləcək 421 km uzunluqda olan 48 düym diametrli lupdan, Gürcüstanda isə 61 km 48 düym diametrli lupdan, üç Kompressor stansiyasından (biri Azərbaycanda, ikisi Gürcüstanda), altı bağlayıcı armatur stansiyasından (5-i Azərbaycanda, 1-i Gürcüstanda) və Gürcüstan/Turkiyə sərhəddində yerləşən yeni QSÖS-dan ibarətdir.