Mütəxəssislərin Təlim Proqramı çərçivəsində 20-22 noyabr 2017-ci tarixlərində Türkiyənin Eskişehir şəhərində TANAP şirkətinin təşkil etdiyi və VALVITALIA şirkəti tərəfindən keçirilən təlimdə SOCAR Midstream Operations şirkətinin texniki şöbəsinin mütəxəssisləri iştirak etmişdirlər. Təlim müddətində TANAP layihəsi çərçivəsində həm əsas boru kəməri, həm də stansiya sifarişləri üçün VALVITALIA şirkətinin təchizatı sahəsinin təsviri, təchiz olunmuş siyirtmələrin sayı, növləri, istismarı, təmiri və onlarla istifadə ediləcək hərəkətverici mexanizmlərin modelləri haqqında ətraflı məlumatlar əldə edildi. Eləcədə təchiz edilmiş siyirtmələrin üzərində quraşdırılan hərəkətverici mexanizmlər üzrə
subpodratçılar olan EMERSON və ROTORK şirkətlərinin nüməyəndələri tərəfindən onlara məxsus olan hərəkətverici mexanizmlər üzrə ətraflı təlim həyata keçirildi. Təlimin bu hissəsində hərəkətverici mexanizmlərin iş prinsipləri, sistemə qoşulmaları, idarə edilməsi, kalibrləmə və təmir prosedurlarının necə aparılması haqqında nəzəri və praktiki tədris keçirilmişdir. Təlimin sonunda SOCAR Midstream Operations Şirkətinin texniki şöbəsinin mütəxəssisləri EMERSON, ROTORK və VALVITALIA şirkətlərinin siyirtmələr və hərəkətverici mexanizmlər üzrə sertifikatları ilə təmin edilmişdirlər.