02-05 oktyabr 2017-ci il tarixində SOCAR Midstream Operations Şirkətinin Texniki Şöbəsinin mütəxəssisləri Emerson Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən 4-günlük kursu uğurla başa vurmuşlar. Təlim Emerson Şirkətində Ölçmə və İdarəetmə Sistemlərində 35 illik təcrübəyə malik Təlim Mütəxəssisi Jim Reekie tərəfindən aparılmışdır. EMERSON Şirkəti Böyük Britaniyanın UKAS şirkəti tərəfindən ISO / IEC 17020: 2012-ci ildə akkreditə edilmiş və neft və qaz sərfinin ölçülməsi, texniki və kommersiya, ətraf mühit və ümumi sənaye ölçmə sistemləri və BS EN ISO 9001: 2008-də qeydiyyatdan keçmişdir. Təlim müddətində mütəxəssislər Sənayedə Qaz
Sərfinin Ölçmə Qovşaqlarının konsepsiyaları, Ölçü Qovşağının iş prinsipi və Ölçü Qovşaqlarında Audit yoxlamalarının aparılması üzrə bilik və təcrübələrə yiyələnmişlər. Kursun sonunda SOCAR Midstream Operations Şirkətinin Texniki Şöbəsinin mütəxəssisləri EMERSON Şirkəti tərəfindən Qaz Sərfinin Ölçülməsi və Ölçmə Stansiyalarının Auditi üzrə sertifikatlar ilə təmin edilmişlər. Cənub Qafqaz Dəhlizi üzrə Layihələrin əsas səhmdarlarından biri olan SOCAR - ı təmsil edən SOCAR Midstream Operations Şirkətinin mütəxəssisləri bu kursun nəticəsi olaraq hal-hazırda SCP Boru Kəmərinə, gələcəkdə isə SCPX, TANAP və TAP Boru Kəmərlərinə məxsus Qaz Ölçmə Stansiyalarında Qaz Sərfinin Ölçülməsi və Audit yoxlamalarını sərbəst şəkildə həyata keçirilməsi üçün məlumat və təcrübələrə yiyələnmişlər.