19 sentyabr 2017-ci il tarixində TAP AG Şirkətinin Yunanıstanın Sessaloniki şəhərində Direktorlar Şurası baş tutmuş və bu görüşdə SOCAR nümayəndələri 20% səhmə malik Azərbaycan Şirkəti olan AzTAP GmbH-nin ( SOCAR Midstream Operations MMC tərəfindən idarə və istismar olunan) adından iştirak etmişlər. 20 Sentyabr tarixində TAP Direktorlar Şurasının görüşündən sonra Səhmdar nümayəndələri TAP-ın tikinti ərazisinə daxil olan Yunanıstanın Qərbi Makedoniyaya bölgəsinə səfər etmişlər.
Səfər zamanı Pella bölgəsində Boru Kəmərinin Marşrutuna, Avtomatlaşdırılmış Qaynaq İşlərinə və Boru Kəmərinin Xəndəyə Endirilməsi işlərinə baxış keçirilmişdir. Əlavə olaraq Mədəni İrs Tapıntısı Sahəsinə səfər həyata keçirildi. Yunanıstanda Mədəni İrs Tapıntı İşləri Mədəniyyət Nazirliyinin (Ephorates) xüsusi xidməti tərəfindən 500-dən çox arxeoloq ilə birlikdə aparılır. TAP Layihəsinin Yunanıstan üzrə inkişafı 52.8% və ümumilikdə isə 57% təşkil edir.