MƏQSƏD
Bizim məqsədimiz Azərbaycan Respublikasına və Tərəfdaşlarımıza əhəmiyyətli uzunmüddətli mənfəətlər qazandıran fərqli və sərfəli biznesin təməl daşı olmaqdır.
VƏZİFƏ
Bizim vəzifəmiz hədəfə alınan əməliyyat məhsuldarlığına nail olmaqla və ya onu ötüb keçməklə, eyni zamanda, rentabelli əməliyyatı təmin etməklə imkanlarımızı gücləndirmək, habelə biznes və aktivlərimizi idarə etməkdir.
HƏDƏFLƏR
Bizim hədəfimiz mükəmməl peşəkarlığa köklənən nəticə-yönümlü təşkilat olmaq və tərəfdaşlarımızla əməkdaşlıq etmək yolu ilə özümüzün və səhmdarlarımızın əmlaklarını uğurlu və məsuliyyətli şəkildə idarə və istifadə etməkdir.
Biz şirkətin artan əməliyyat məhsuldarlığı və genişləndirilmiş imkanları üzrə məqsədlərinə, səhmdarlara məxsus aktivlərin istifadə dəyərinin optimallaşdırılmasına sadiq qalacağıq. “SOCAR Midstream Operations” şirkətinin heyəti bizim hədəflərimizə uyğun olaraq fəaliyyət göstərəcək.
ƏSAS DƏYƏRLƏR
Məqsəd, vəzifə və hədəflərimizə nail olmaq üçün biz özümüzün üç başlıca dəyərimizi rəhbər tutmağımızla fəxr edəcəyik və bu dəyərlər də mükəmməllik axtarışında bizim qərarlarımızı istiqamətləndirəcək: Dəyərlərimizə daxildir: