“SOCAR Midstream Operations” şirkəti Azərbaycan Respublikası Prezidentinin və “SOCAR” Prezidentinin göstərişi ilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə, o cümlədən aşağıdakı məqsədlərlə 2015-ci ilin 1-ci rübündə “SOCAR” Şirkətinin törəmə müəssisəsi kimi təsis edilmişdir.
- Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı Tbilisi Ceyhan (BTC), Trans -Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərində (TAP) səhmdarlığın idarə edilməsini təmin etmək;
- CQBK sisteminin gələcək kommersiya və texniki genişlənməsini asanlaşdırmaq (CQBKGG);
- CQBK-nin Kommersiya İstismarçısı (Operatoru) rolunda çıxış etmək;
- Qərb İxrac Boru Kəməri Marşrutu (QİBKM) ilə bağlı məsələlərdə “SOCAR Upstream Management International” şirkətinin texniki məsləhətçisi rolunda çıxış etmək;
- TANAP layihəsinin texniki və kommersiya əməliyyatlarının idarə edilməsinə dair nəzarətin təmin edilməsi;
- Mürəkkəb əməliyyat risklərini azaltmaq üçün ən yaxşı təcrübənin qəbul edilməsini və birləşdirilməsini təmin etmək.