03 November 2017

SOCAR Midstream Operations MMC-nin mütəxəssisləri “Yanğın texniki minimumu” təlimi keçmişlər

Back to news

SOCAR Midstream Operations MMC-nin mütəxəssisləri 01-03 noyabr 2017-ci tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMÜTM) tərəfindən təşkil olunan “Yanğın texniki minimumu” təlimində iştirak etmişlər. Təlim yüksək səviyyədə keçirilmiş və təlim müddətində mütəxəssislər yanğınla mübarizə üsullarını, yanğın zamanı yaranan təhlükələri, zərərçəkən insanlara yardım göstərilməsi, yanğınsöndürənin fərdi mühafizə geyimlərindən və avadanlıqlarından istifadə etmək kimi bilik və bacarıqlara yiyələnmişlər.

Bundan əlavə olaraq, Təlim Mərkəzində mütəxəssislərə, yanğın zamanı

vəziyyəti düzgün qiymətləndirərək müvafiq qərar qəbul etməyi, şəraitdən asılı olaraq yanğının söndürülməsinin təşkili və ona rəhbərlik etmək üçün 35 ildən çox Yanğından mühafizə sahəsində təcrübəsi olan təlim müəllimi tərəfindən nəzəri və praktiki məlumatlar verilmişdir. Praktiki dərslər çərçivəsində, mütəxəssislər Yanğın Təlim Poliqonunda “Yanğın” üzrə Tüstü Trenajorunda təlim, zərərçəkənin təxliyəsi və ona ilkin tibbi yardımın göstərilməsi və yanğınların söndürülməsini yüksək səviyyədə yerinə yetirmişlər. Kursun sonunda mütəxəssislər Təlim Mərkəzi tərəfindən təşkil olunan Test İmtahanından müvəfəqqiyyətlə keçərək Sertifikatlarla təmin olunmuşlar.