21 September 2017

CQBK Genişləndirilməsi Layihəsi çərçivəsində, SOCAR Midstream Operations mütəxəssislərin Gürcüstan səfəri

Back to news

Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində, 21-22 sentyabr 2017-ci il tarixlərində SOCAR Midstream Operations (SMO) Şirkətinin Menecment, SƏTƏM və Texniki ixtisaslar üzrə mütəxəssisləri SCPX layihəsinin Gürcüstan ərazisində yerləşən 81 saylı Ölçü Qovşağı və 77 saylı Kompressor Stansiyalarına səfəri baş tutmuşdur. 21 sentyabr 2017-ci il tarixində SMO əməkdaşları 81 saylı sahəyə baş çəkmiş və müəyyən edilmişdir ki, sahənin tikintisi üzrə 99,8 % yüksək inkişaf əldə olunmuşdur. Əlavə olaraq qeyd edildi ki, 1 oktyabr 2017-ci il tarixindən sahə mexanki olaraq tamamlandıqdan sonra işəsalma və istismar qrupuna təhvil veriləcəkdir. Görüş ərzində SMO əməkdaşları tərəfindən qaldırılan bütün suallar BP və Podratçıları tərəfindən ətraflı cavablandırılmışdır. BP nümayəndələri bildirdilər ki, “Mərhələ 0” ( 6 milyard kub metr qazın TANAP Boru Kəmərinə ötürülmə mərhələsi) üzrə TANAP Boru Kəmərinin İlkin Qazla Doldurulması üçün nəzərdə tutulan 81 saylı sahənin tikinti və sazlama plan cədvəlində heç bir gecikmə yoxdur və 31 dekabr 2017-ci il tarixində 81 saylı Ölçü Stansiyası tam olaraq istismara hazır olacaqdır.

22 sentyabr 2017-ci il tarixində SMO əməkdaşları 77 saylı Kompressor Stansiyasına səfər etmiş və tikinti quraşdırma işləri ilə tanış olmuşdur. Səfər çərçivəsində müəyyən edilmişdir ki, Kompressor Stansiyası üzrə tikinti və quraşdırma işləri, həmçinin yüksək inkişaf göstəricisi ilə davam etdirilir. Belə ki, sentyabr 2017- ci il tarixinə əsasən tikinti və quraşdırılma işləri üzrə 77% yüksək göstərici əldə edilmişdir. Görüş əsnasında bildirildi ki, 77 saylı Kompressor Stansiyasının əsas boru kəmərinə qoşulması üçün nəzərdə tutulan “Hot-Tap” işləri 2018-ci il üçün planlaşdırılır. Sahəyə baxış zamanı tikinti və quraşdırılma işlərində yüksək təhlükəsizlik müşahidə edilmişdir. BP nümayəndələri tərəfindən qeyd edildi ki, 77 saylı Kompressor Stansiyası üzrə Mexaniki Tamamlama işləri başa çatdırılaraq Sazlama Qrupuna təhvil veriləcəkdir və ümumiyyətlə “Mərhələ 1” (əlavə olaraq 10 milyard kub metr qazın TANAP Boru Kəmərinə ötürülmə mərhələsi) üçün nəzərdə tutulmuş 77 saylı sahənin istismara verilməsi 31 dekabr 2018-ci il üçün planlaşdırılır.